"Seltik" 55-ci dəfə çempion - "Reyncers"ə çatıb

Xəbərlər
26 Aprel 2025 18:55
42
"Seltik" 55-ci dəfə çempion - "Reyncers"ə çatıb

Futbol üzrə Şotlandiya çempionatında 2024/2025 mövsümünün qalibi bəlli olub.

İdman.biz xəbər verir ki, "Seltik" 34-cü turda növbəti qələbəsini qazanaraq çempionluğunu rəsmiləşdirib.

"Keltlər" səfərdə "Dandi Yunayted"i 5:0 hesabı ilə məğlub ediblər. Bununla da, ən yaxın izləyicisi "Reyncers"i 18 xal qabaqlayan "Seltik" 55-ci dəfə baş mükafata sahib olub.

Qeyd edək ki, "Seltik" bu uğur nəticəsində çempion sayında "Reyncers"ə çatıb. Hər iki komandanın hesabında 55 titul var.

İdman.biz