"Real"ı məğlub edən "Barselona" 32-ci dəfə kuboku qazanıb - YENİLƏNİB - VİDEO

Xəbərlər
27 Aprel 2025 02:45
168
"Real"ı məğlub edən "Barselona" 32-ci dəfə kuboku qazanıb - YENİLƏNİB - VİDEO

Bu gün İspaniya kubokunun final matçı keçirilib.

İdman.biz xəvə verir ki, həlledici oyunda "Barselona" və "Real" komandaları qarşılaşıb.

İspaniya Kral kubokunun finalında 11 illik fasilədən sonra "El Klasiko" baş tutub. Bu tərəflərin turnirin həlledici oyunundakı 8-ci belə görüşü olub. Əvvəlki finallarda "Real" 4, "Barsa" isə 3 dəfə qalib gəlmişdi.

Bu dəfə oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Kubokun sahibi əlavə vaxtda müəyyənləşib. 116-cı dəqiqədə Jül Kunde dəqiq zərbə ilə "Barselona"nın qələbə topunun müəllifi olub. Onlar 32-ci dəfə titula yiyələniblər.

Qeyd edək ki, komandalar mövsümdə 3-cü dəfə üz-üzə gəliblər. "Barselona" La Liqada 4:0, İspaniya Super kubokunun finalında isə 5:2 hesabı ilə qalib gəlmişdi. Bu, kataloniyalıların əzəli rəqibi üzərində mövsümdəki 3-cü qələbəsi olub.

İspaniya kuboku
Final
26 aprel

00:00. "Barselona" - "Real" - 2:2, ə.v. 1:0
Qollar: Pedri, 28. Ferran, 84. Kunde, 116 - Mbappe, 70. Tçuameni, 77

İdman.biz