"Rekshem" klubu ardıcıl 3-cü mövsümdə üst liqaya yüksəlməyi bacarıb.
İdman.biz xəbər verir ki, komanda 2025/2026 mövsümündə İngiltərənin 2-ci divizionu Çempionşipdə oynamaq hüququ qazanıb.
Amerikalı aktyor Rayan Reynoldsun sahib olduğu "Rekshem" İngiltərənin 1-ci Liqasında sona bir tur qalmış ikinci yeri təmin edib. Əsası 1864-cü ildə qoyulan Uels təmsilçisi İngiltərə futbolunda beş ən yüksək divizion tarixində ardıcıl üç dəfə liqa yüksəlişi edən ilk komanda olub.
- 2022/23 mövsümündə 2-ci Liqaya çıxış
- 2023/24 mövsümündə 1-ci Liqaya çıxış.
- 2024/25 mövsümündə Çempionşipə çıxış.
İdman.biz