"Trabzonspor" finalda "Barselona"ya uduzub - VİDEO

Xəbərlər
28 Aprel 2025 22:41
86
"Trabzonspor" finalda "Barselona"ya uduzub - VİDEO

UEFA Gənclər Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.

İdman.biz xəbər verir ki, həlledici oyunda "Barselona" və "Trabzonspor" klubları qarşılaşıb.

Əvvəlki mərhələlərdə "Yuventus", "İnter", "Atalanta", "Zalsburq" kimi rəqiblərini mübarizədən kənarlaşdıran Türkiyə təmsilçisi finalda eyni uğuru təkrarlaya bilməyib. "Barselona" 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ötən mövsümdə turnirin qalibi "Olimpiakos" olmuşdu.

İdman.biz