Qrimaldo "Barselona"ya dönməyi arzulayır

Xəbərlər
29 Aprel 2025 01:24
181
Qrimaldo "Barselona"ya dönməyi arzulayır

"Bayer"in müdafiəçisi Aleks Qrimaldo "Barselona"nın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, ispaniyalı futbolçu yayda ölkəsinə dönə bilər.

Almaniya mətbuatının yazdığına görə, Leverkuzen klubu 30-40 milyon avro qarşılığında Qrimaldonun transferinə yaşıl işıq yandıracaq. "Barsa" uşaq akademiyası "La Masia"nın yetirməsi olan Aleks doğma klubuna dönməyin əleyhinə deyil. O, 2008-2016-cı illərdə akademiyanın sistemində futbolun sirlərini öyrənib.

Qeyd edək ki, Qrimaldo bu mövsümdə 29 oyunda 2 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz