"Çelsi" İngiltərə yığmasının futbolçusu Morqan Rocerslə maraqlanır.
İdman.biz xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yayda London klubunun əsas transfer hədəflərindən biri olacaq.
Rocersin çıxış etdiyi "Aston Villa" isə onun satmaq niyyətində deyil. Birmingemlilər Morqanı klubun gələcək layihəsinin əsas fiquru kimi görür. Amma maliyyə sıxıntıları yaşayan komandanın bəzi aparıcı futbolçularını satması da gözləniləndir.
Qeyd edək ki, Rocers bu mövsümdə bütün turnirlərdə 50 matçda 14 qol və 13 ötürmə ilə yadda qalıb.
İdman.biz