Məşhur Opta statistika platforması İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün favoritini açıqlayıb.
İdman.biz xəbər verir ki, superkompüter “Mançester Siti”ni çempionluğa əsas namizəd hesab edib.
Hazırki çempion 87,1 faizlə rəqiblərini xeyli geridə qoyub. Növbəti yerlərdə 7,2 faizlə “Liverpul” və 5,3 faizlə “Arsenal” qərarlaşıb.
Qeyd edək ki, 12 turdan sonra “Mançester Siti” 28 xalla turnir cədvəlinə başçılıq edir. “Liverpul”la “Arsenal” 27 xalla növbəti yerləri tuturlar.
İdman.biz