Maradonasız 3-cü il... – FAKTLAR - FOTO

Longreads
25 Noyabr 2023 16:44
833
Maradonasız 3-cü il... – FAKTLAR - FOTO

Bu gün futbol dünyasını əfsanəsi sayılan Dieqo Armando Maradonanın ölümündən 3 il keçir.

İdman.biz xəbər verir ki, o, 2020-ci ilin bu günü dünyaya gözlərini əbədi yumdu.

Futbolçu karyerası ərzində “Boka Xuniors”, “Barselona” və “Napoli” klubları ilə müxtəlif yarışlarda 9 çempionluq qazanan Maradona Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olaraq adını futbol tarixinə qızıl hərflərlə yazdırıb.
Bir çoxları onu Pele ilə birlikdə "tarixin ən yaxşı futbolçusu" kimi qəbul edirlər. Bəziləri Peledən daha istedadlı olduğunu iddia edirlər.

Maradona 30 oktyabr 1960-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olub.
Fabrikdə fəhlə ata və evdar ananın övladı olan Armandonun istedadı 8 yaşında üzə çıxıb və o, məhəllənin “Estrella Roja” komandasında oynamağa başlayıb.

16 yaşı tamam olmamış “Argentinos Xuniors”la peşəkar müqavilə imzalayan Dieqo 1981-ci ildə “Boka Xuniors”da çempionluq qazandıqdan sonra Avropanın ən böyük klublarından biri olan “Barselona”ya transfer olunub.

Maradonanı Avropa illəri

1982-1984-cü illərdə İspaniyanın "Barselona" klubunun heyətində bütün yarışlarda 58 oyun keçirən və 38 dəfə fərqlənən Maradona 3 dəfə kuboku qazanmağın dadını çıxarıb.

Argentinalı ulduz 1983-cü ildə Kral Kubokunu, İspaniya Superkubokunu və La Liqa kubokunu qazanıb.
1984-cü ildə əfsanəyə çevriləcəyi İtaliyanın "Napoli" komandasına transfer olunan Maradona bütün yarışlarda 259 matça çıxıb və 115 qol vurub.

Maradona sayəsində “Napoli” liqada güclü komandalarla rəqabət apara biləcək səviyyəyə çatdı və bu müddətdə 2 liqa çempionluğu ilə yanaşı, UEFA Kuboku, İtaliya Kuboku və İtaliya Super Kuboku da klubun muzeyinə apardı.

“Napoli”dən, sonra “Sevilya”, “Nyuells Old Boyz” və nəhayət, keçmiş komandası “Boka Xuniors”da çıxış edən Maradona 1997-ci ildə aktiv futbolçu karyerasını başa vurub.

Oynadığı komandalarla bütün yarışlarda 588 matça çıxan Maradona 312 qola imza atıb.

DÇ-1986: Tanrının əli

Maradona 1986-cı ildə Argentinanın ev sahibliyi etdiyi dünya çempionatında göstərdiyi üstün performansla adını bütün dünyaya tanıtdı.

Turnirin 1/4 finalında İngiltərə toruna əli ilə vurduğu qolla mübahisə hədəfinə çevrilən ulduz futbolçu eyni matçda topu 60 metr daşıyaraq 5 nəfəri driblinqlə keçərək qol vurdu. Bu qol 2002-ci ildə FİFA tərəfindən keçirilən səsvermədə "əsrin qolu" seçilib.
Maradonanın rəhbərlik etdiyi Argentina finalda Qərbi Almaniyanı 3:2 hesabı ilə məğlub edərək dünya kubokunu qazanıb.
Maradona millinin heyətində 91 oyun keçirib və 34 qol vurub.

Onun maraqlı karyerası qalmaqallarla dolu olub

Argentinanın 1990-cı il dünya çempionatının finalına yüksəlməsində böyük rol oynayan Maradonanın narkotik problemi 1991-ci ildə ictimaiyyətə açıqlanmışdı. Həmin il narkotikdən istifadə etdiyi üçün 15 ay həbs cəzası alan məşhur futbolçu 1994-cü il dünya çempionatından qadağan olunmuş maddələrdən istifadə etdiyinə görə qovulub.

Bu aludəçiliyə görə 2004 və 2007-ci illərdə səhhətində ciddi problemlər yaşayan Maradonanın "Napoli"də oynadığı 1984-1991-ci illərdən etibarən 37 milyon avrodan çox vergi borcu olması onun İtaliya hakimiyyət orqanları ilə daimi problemlərinin yaranmasına səbəb olub.

Məşqçi kimi uğurlu olmadı

Dieqo Armando Maradonanın məşqçilik həyatı aktiv karyerasından fərqli olaraq o qədər də uğurlu olmayıb.

Tarixin ən yaxşı futbolçularından biri kimi qəbul edilən argentinalı ulduz, kuboklarla dolu karyerasından sonra başladığı baş məşqçilik dönəmində məyusedici adlar arasında idi.

Maradona məşqçi kimi karyerasına öz ölkəsində başlayıb. 1994-cü ildə “Textil Mandi”ni çalışdırıb. 1995-ci ildə “Argentinos Xuniors”da baş məşqçi olan əfsanəvi oyunçu 2008-ci ildə Alfio Basilenin yerinə Argentina Milli Komandasının baş məşqçisi təyin olunub.

2010-cu il dünya çempionatında ictimai rəyin təsiri ilə milli komandaya etibar edilən Maradona 1/4 finalda Argentinanın Almaniyaya 0:4 hesabı ilə uduzmasından sonra istefaya göndərilib.

“Kəskin açıqlamaları” ilə tanınan Maradona millinin baş məşqçisi olduğu 2 illik fəaliyyəti dövründə də rahat olmayıb. 2010-cu il dünya çempionatının seçmə mərhələsində Uruqvayı məğlub edərək mundiala vəsiqə qazandıqdan sonra mətbuat nümayəndələrini təhqir edən Dieqo FİFA tərəfindən 2 aylıq cəza kəsilib.

Daha sonra “Əl-Vasl”, “Əl-Fujairah”, “Dorados de Sinaloa” və “Ximnasia de La Plata” komandalarını çalışdıran Maradona parlaq futbolçu karyerasını geridə qoyub.

Onsuz ilk mundialda Argentina çempion oldu

Argentina Maradonanın həyatda olmadığı ilk mundialda çempion oldu.

Lusail Stadionunda Fransa ilə oynayan Argentina əsas vaxtda 2:2 və əlavə vaxtı 3:3 hesabı ilə bitən finalda penaltilər seriyasında rəqibini 4:2 hesabı ilə üstələyərək, 1978 və 1986-cı illərdən sonra üçüncü dəfə kuboku qazandı.

İdman.biz