Massimiliano Alleqri “Yuventus”un baş məşqçisi vəzifəsini tərk edə bilər.
İdman.biz xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yayılıb.
56 yaşlı mütəxəssis keçmiş prezident Andre Anyellinin gedişindən sonra Turin klubundakı vəziyyətdən razı deyil. Bundan başqa, Antonio Kontenin bu vəzifədə Alleqrini əvəzləyəcəyi şayiələri onu ciddi narazı salıb. Baş məşqçinin hazırda A seriyasında 2-ci pillədə qərarlaşan “Yuventus”la 2025-ci ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, Alleqri 2021-ci ildən komandaya baş məşqçi təyin olunub. Bundan əvvəl o, 2014-2019-cu illərdə Turin klubuna rəhbərlik edib. Massimiliano turinlilərlə 11 titul qazanıb.
İdman.biz