“Roma” uduzub, “Milan”dan darmadağın - VİDEO

Xəbərlər
27 Avqust 2023 09:08
135
“Roma” uduzub, “Milan”dan darmadağın - VİDEO

Avqustun 26-da İtaliya A Seriyasında ikinci turun bir neçə oyunu keçirilib.

İdman.biz xəbər verir ki, "Roma" səfərdə "Verona"ya uduzub. Artıq görüşün dördüncü dəqiqəsində Ondrej Dudanın qolu sayəsində meydan sahibləri hesabda önə keçiblər. Birinci hissənin sonunda Duda Siril Nqonjaya pas verib, sonuncu isə ikinci qolu vurub. 56-cı dəqiqədə "Roma"nın yarımmüdafiəçisi Houssem Aouar adını tabloya yazdırıb. 84-cü dəqiqədə "Verona" azlıqda qalıb, hakim isveçli müdafiəçi İsak Hini meydandan qovub. Yekun hesab 2:1 "Verona"nın xeyrinə.

"Milan" doğma meydanda "Torino"nu darmadağın edib. İlk hissədə komandalar dörd qol vurub. Hesabı meydan sahiblərinin amerikalı hücumçusu Kristian Pulişiç açıb. Üç dəqiqə sonra "Torino"nun müdafiəçisi Perr Şurs hesabı bərabərləşdirib. Lakin hissənin sonunda Olivye Jiru və Teo Ernandes komandalarının üstünlüyünü artırıblar. Jiru ikinci hissədə dubl etdi. Bu qol matçda sonuncu olub - 4:1.

Digər görüşlərdə "Atalanta" "Frozinone"yə uduzdu - 1: 2, Monza isə "Empoli"ni məğlub etdi - 2: 0.

İdman.biz