Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.
İdman.biz xəbər verir ki, o, güləş üzrə "Zaqreb Open"də qazanılan ilk qızıl medala münasibət bildirib.
Qayıbov yunan-Roma güləşi üzrə 77 kq çəkidə çempion olan Sənan Süleymanovun uğurunu paylaşıb. İdmançının şəklini paylaşan nazir 2024-cü ildə beynəlxalq arenada əldə olunan ilk qızıl olmasını vurğulayıb: "2024-ün ilk qızıl medalı. Əhsən, Sənan".
Qeyd edək ki, yığmamız Xorvatiyada hələlik 1 qızıl və 4 bürünc medal qazanıb.
İdman.biz