Nihad Süleymanlı ardıcıl ikinci dəfə dünya çempionu oldu - YENİLƏNİB + FOTO

27 Avqust 2026 19:53
1 046
Nihad Süleymanlı ardıcıl ikinci dəfə dünya çempionu oldu

Nihad Süleymanlı (80 kq) çimərlik güləşi üzrə U-17 dünya çempionatında ardıcıl ikinci dəfə dünya çempionu olub.

İdman.Biz xəbər verir ki, Bakıda keçirilən mundialın finalında Nihad Süleymanlı iranlı Rza Şəmsəllah Cəliliana 3:0 hesabı ilə qalib gələrək titulunu qoruyub.

Beləliklə, Nihad ardıcıl ikinci dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionu adını qazanıb.

Bununla yanaşı, Azərbaycan təmsilçiləri mundialı ümumilikdə 8 medalla başa vurublar. Millinin üzvləri 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat əldə ediblər.

Oğlanların mübarizəsində Elcan Həsənov (60 kq) və Nihad Süleymanlı (80 kq) qızıl medal qazanıblar. Əlirza Heybətli (60 kq) və Elgün Kərimli (90 kq) gümüş, Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə bürünc medala sahib olublar.

Qızların yarışında Rəna Nuriyeva (65 kq) gümüş, Simurə Abdullayeva (75 kq) isə bürünc medal əldə edib.

Yekun nəticələrə əsasən, qadınların komanda hesabında Azərbaycan birinci, ABŞ ikinci, Yaponiya üçüncü olub. Kişilərin komanda hesabında isə İran birinci, Azərbaycan ikinci, Seneqal üçüncü yeri tutub.

19:07

Azərbaycan çimərlik güləşçisi Elcan Həsənov U-17 dünya çempionatında qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində final görüşü iki Azərbaycan təmsilçisi arasında keçirilib.

Elcan Həsənov həlledici qarşılaşmada Əlirza Heybətliyə 3:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Beləliklə, Elcan Həsənov qızıl, Əlirza Heybətli isə gümüş medala sahib çıxıb.

18:59

Azərbaycan təmsilçiləri çimərlik güləşi üzrə U-17 dünya çempionatının yarımfinal mərhələsində uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, yarımfinal görüşlərinin nəticəsinə əsasən, millimizin beş üzvü qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Oğlanların yarışında 60 kq çəki dərəcəsində Elcan Həsənov Macarıstan təmsilçisi Əmirəli Əli Domirkolayini 3:0 hesabı ilə məğlub edib. Eyni çəkidə Əlirza Heybətli İran güləşçisi Məhəmmədəli Ehsan Ərzu üzərində 4:1 hesablı qələbə qazanıb.

70 kq-da Tunar Quliyev iranlı Kiaş Kave Torabiyə 1:2 hesabı ilə uduzub.

80 kq çəki dərəcəsində Azərbaycan güləşçilərinin duelində Nihad Süleymanlı Ruslan Vəliyevi 3:0 hesabı ilə üstələyərək finala yüksəlib.

90 kq-da Elgün Kərimli Seneqal təmsilçisi Ablaye Dioufu 3:0 hesabı ilə məğlub edib.

Qızların mübarizəsində 65 kq-da Rəna Nuriyeva Qazaxıstan təmsilçisi Arina Kuanişovanı 3:1 hesabı ilə üstələyərək finala vəsiqə qazanıb.

75 kq-da Simurə Abdullayeva ABŞ güləşçisi Matilda Enn Hrubiyə 0:3 hesabı ilə məğlub olub.

Beləliklə, Elcan Həsənov, Əlirza Heybətli, Nihad Süleymanlı, Elgün Kərimli və Rəna Nuriyeva dünya çempionatının finalında mübarizə aparacaqlar.

17:50

U-17 dünya çempionatında çimərlik güləşi üzrə 1/4 final görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, Azərbaycanın beş təmsilçisi növbəti mərhələyə yüksəlib.

60 kq çəki dərəcəsində Əlirza Heybətli qazaxıstanlı Tamerlan Aşenova 1:0, Elcan Həsənov isə rusiyalı Arzılan Şaqdıra 3:1 hesabı ilə qalib gəlib.

80 kq-da Nihad Süleymanlı qazaxıstanlı Mansur Xayrgeldini 3:0, Ruslan Vəliyev ukraynalı Dmitro Holovenkonu 3:0 hesabı ilə məğlub edib.

90 kq çəki dərəcəsində Elgün Kərimli ukraynalı Artyom Zalvovskini 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

17:30

U-17 dünya çempionatında çimərlik güləşi üzrə üçüncü tur görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində A qrupunda Elcan Həsənov yunanıstanlı Yannis Kesidisi 3:0 hesabı ilə məğlub edib. E qrupunda Əlirza Heybətli Azərbaycan təmsilçisi Ömər Zeynalova 3:0 hesabı ilə qalib gəlib.

80 kq-da A qrupunda Nihad Süleymanlı ukraynalı Dmitro Kursenkoya 3:1, C qrupunda Ömər Əliyev ABŞ təmsilçisi Bruno Maykl Ahernə 3:0, D qrupunda Ruslan Vəliyev isə gürcüstanlı Luka Maxaradzeyə 3:0 hesabı ilə qalib gəlib.

90 kq çəki dərəcəsində A qrupunda Elvin Nəcəfzadə seneqallı Ablaye Dioufa 0:5 hesabı ilə məğlub olub. B qrupunda Elgün Kərimli gürcüstanlı Nurəddin Mustafayevi 3:0 hesabı ilə məğlub edib.

Qızların 45 kq çəki dərəcəsində A qrupunda Gülnar Ağadadaşova vyetnamlı Thi Honq Loya 1:3 hesabı ilə uduzub.

55 kq-da B qrupunda Ülviyyə Musayeva ABŞ təmsilçisi Arianna Mari Oqle Qarsaya 0:5, C qrupunda Nəzrin Əhmədli yunanıstanlı Eleni Qavriniotiyə 0:2 hesabı ilə məğlub olub.

65 kq-da A qrupunda Fidan Babayeva seneqallı Meri Manqanı 3:2 hesabı ilə məğlub edib. B qrupunda Mədinə Qasımova qazaxıstanlı Arina Kuanişovaya 0:3 hesabı ilə uduzub. C qrupunda Rəna Nuriyeva mərakeşli İnaya Ləh­sinini 3:0 hesabı ilə məğlub edib.

75 kq çəki dərəcəsində A qrupunda Simurə Abdullayeva seneqallı Kata Şereqiyə 1:0 hesabı ilə qalib gəlib.

16:58

U-17 dünya çempionatında çimərlik güləşi üzrə ikinci tur görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində A qrupunda mübarizə aparan Elcan Həsənov ukraynalı Denıs Vitkoya 5:1 hesabı ilə qalib gəlib. E qrupunda Əlirza Heybətli vyetnamlı Van Duong Fama 4:0 hesabı ilə qalib gəlib, Ömər Zeynalov isə gürcüstanlı Giorgi Rostomaşviliyə 1:4 hesabı ilə məğlub olub.

80 kq-da A qrupunda çıxış edən Nihad Süleymanlı gürcüstanlı Luka Maisuradzeyə 3:0 hesabı ilə qalib gəlib. C qrupunda Ömər Əliyev seneqallı Maguette Diopa 0:3 hesabı ilə uduzub. D qrupunda Ruslan Vəliyev ukraynalı Vladislav Martsevi 3:1 hesabı ilə məğlub edib.

90 kq çəki dərəcəsində A qrupunda yer alan Elvin Nəcəfzadə mərakeşli Nur Qənnama 3:0 hesabı ilə qalib gəlib. B qrupunda Elgün Kərimli ukraynalı Matveyı Hriqorenkoya 3:0 hesabı ilə qalib gəlib.

Qızların 45 kq çəki dərəcəsində A qrupunda Gülnar Ağadadaşova seneqallı Ndeye Xadi Anna Diattaya 0:4 hesabı ilə məğlub olub. B qrupunda Vəfa Orucova yaponiyalı Mira Higaşiyə 0:1 hesabı ilə uduzub.

55 kq-da B qrupunda Ülviyyə Musayeva britaniyalı Naoise Keytlin MakManusa 2:3 hesabı ilə məğlub olub. C qrupunda Nəzrin Əhmədli amerikalı Cessika Cincu Lani Strasburqa 3:0 hesabı ilə qalib gəlib.

65 kq-da A qrupunda Fidan Babayeva yaponiyalı Kanna Takaracimaya 0:3 hesabı ilə uduzub. B qrupunda Mədinə Qasımova xorvatiyalı Emanuela Radosla qarşılaşıb.

75 kq çəki dərəcəsində A qrupunda Simurə Abdullayeva qazaxıstanlı Miya Mikayılovaya 4:0 hesabı ilə qalib gəlib.

15:15

U-17 dünya çempionatında çimərlik güləşi üzrə birinci tur görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində A qrupunda çıxış edən Elcan Həsənov iranlı Məhəmmədəli Ehsan Ərzuyə 1:4 hesabı ilə məğlub olub. E qrupunda mübarizə aparan Ömər Zeynalov vyetnamlı Van Duong Fama 1:5 hesabı ilə uduzub. Eyni qrupda Əlirza Heybətli gürcüstanlı Giorgi Rostomaşviliyə 3:0 hesabı ilə qalib gəlib.

80 kq çəki dərəcəsində A qrupunda yer alan Nihad Süleymanlı qazaxıstanlı Mansur Xayrgeldiyə 3:0, C qrupunda çıxış edən Ömər Əliyev gürcüstanlı Saba Zoidzeyə 2:0, D qrupunda mübarizə aparan Ruslan Vəliyev isə iranlı Reza Şəmsəllah Cəliliyə 2:0 hesabı ilə qalib gəlib. 90 kq-da B qrupunda yer alan Elgün Kərimli iranlı Məhəmməd Mehdi Rza Məhəmmədini 3:0 hesabı ilə məğlub edib.

Qızların 45 kq çəki dərəcəsində A qrupunda çıxış edən Gülnar Ağadadaşova meksikalı Karen Araseli Rios Silvaya 3:2 hesabı ilə qalib gəlib. B qrupunda mübarizə aparan Vəfa Orucova isə amerikalı Piper Aleksis Fraya 0:3 hesabı ilə uduzub.

55 kq-da C qrupunda yer alan Nəzrin Əhmədli yunanıstanlı Eleni Petriduya 3:0 hesabı ilə qalib gəlib, B qrupundakı Ülviyyə Musayeva isə yaponiyalı Reisa Kocimaya 0:3 hesabı ilə məğlub olub.

65 kq çəki dərəcəsində A qrupunda çıxış edən Fidan Babayeva ukraynalı Mariya Kornilovaya 1:3 hesabı ilə uduzub. C qrupunda Rəna Nuriyeva ukraynalı İrina Buxtinaya 4:2, B qrupunda Mədinə Qasımova isə yaponiyalı Ako Takaseyə 3:0 hesabı ilə qalib gəlib.

75 kq-da A qrupunda mübarizə aparan Simurə Abdullayeva isə yunanıstanlı Vasiliki Karavanouya 1:4 hesabı ilə məğlub olub.

12:15

Bakıda keçirilən U-17 dünya çempionatında çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında təsnifat mərhələsinin görüşləri keçirilib.

İdman.Biz xəbər verir ki, oğlanların 60 kq çəki dərəcəsində Elcan Həsənov Ukrayna təmsilçisi Kiril Nahırnıya birinci təsnifat mərhələsində 3:1, ikinci mərhələdə isə 3:0 hesabı ilə qalib gəlib.

80 kq çəki dərəcəsində Nihad Süleymanlı Qazaxıstan təmsilçisi Daniyar Beysənkulu hər iki təsnifat görüşündə məğlub edib. İlk görüş 3:1, ikinci qarşılaşma isə 3:0 hesabı ilə başa çatıb.

90 kq çəki dərəcəsində Elgün Kərimli Azərbaycan təmsilçisi Elvin Hacıquluzadəyə qarşı keçirilən hər iki təsnifat görüşündən 3:1 hesablı qələbə ilə ayrılıb.

Qızların 45 kq çəki dərəcəsində isə Gülnar Ağadadaşova Nərgiz Adilovaya qarşı keçirilən ikinci təsnifat mərhələsinin görüşündə 2:2 hesablı nəticə əldə edib. Üçüncü mərhələdə isə Ağadadaşova 3:2 hesabı ilə qalib gəlib. İlk görüşdə Nərgiz Adilova 3:1 hesabı ilə üstün olub.

55 kq çəki dərəcəsində Günel Kərimli Seneqal təmsilçisi Elisabeth Diattaya ilə üç təsnifat görüşü keçirib. İlk görüşdə 0:4 hesabı ilə məğlub olan Kərimli ikinci qarşılaşmada 4:2 hesabı ilə qalib gəlib. Üçüncü görüşdə isə 0:5 hesabı ilə uduzub.

İdman.Biz