Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, ilk gündə sərbəst güləşçilər 57, 65, 74, 86 və 97 kq-da ən güclünü müəyyənləşdiriblər.
Final görüşlərindən sonra Vasif Bağırov, Musa Verdiyev, Əhməd Əhmədli, Sadiq Mustafazadə və Xetaq Karsanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan çempionatı
Sərbəst güləş
57 kq
1.Vasif Bağırov
2.Elman Ağayev
3. Bəşir Verdiyev
3. Zamin Məmmədov
65 kq
1. Musa Verdiyev
2. Ayxan Abdullazadə
3. İlyas İsayev
3. Nurlan Ağazadə
74 kq
1. Əhməd Əhmədli
2. Georgi Abaev
3. Vüsal Əliyev
3. Ağanəzər Novruzov
86 kq
1. Sadiq Mustafazadə
2. Murad Maqomedov
3. Təbriz Bayramov
3. Ali Şamirov
97 kq
1. Xetaq Karsanov
2. Rəvan Musayev
3. İsa Hüseynov
3. Elmar Məstəliyev
-----
14:13
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı start götürüb.
İdman.biz xəbər verir ki, ilk gündə sərbəst güləşçilər 57, 65, 74, 86 və 97 kq-da ən güclünü müəyyənləşdirirlər.
Artıq finalçılar bəllidir.
Azərbaycan çempionatı
Sərbəst güləş
Finallar
57 kq
Elman Ağayev – Vasif Bağırov
65 kq
Musa Verdiyev – Ayxan Abdullazadə
74 kq
Əhməd Əhmədli – Georgi Abayev
86 kq
Murad Maqomedov – Sadiq Mustafazadə
97 kq
Xetaq Karsanov – Rəvan Musayev
Qeyd edək ki, yanvarın 30-da sərbəst güləş üzrə 61, 70, 79 və 125 kq-da mübarizə baş tutacaq. Ertəsi gün yunan-Roma növündə 55, 63,72 82 və 97 kq-da qaliblər bəlli olacaq. Fevralın 1-də, son yarış günündə isə 60, 67, 77, 87 və 130 kq-da olan “klassiklər” xalçaya çıxacaqlar.
-----
Saat. 09:11
Bu gün sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı start götürür.
İdman.biz xəbər verir ki, ilk gündə sərbəst güləşçilər 5 çəkidə qalib adı uğrunda mübarizə aparacaqlar.
Çəkisi 57 kq, 65 kq, 74 kq, 86 kq və 97 kq olan idmançılar ən güclünü müəyyənləşdirəcəklər.
Bakı İdman Sarayında baş tutacaq çempionatın keçirilməsində əsas məqsəd gənclərdən (U-20) ibarət milli komandanı formalaşdırmaqdır. Görüşləri hər gün saat 10:00-da başlanacaq.
Qeyd edək ki, yanvarın 30-da sərbəst güləş üzrə 61, 70, 79 və 125 kq-da mübarizə baş tutacaq. Ertəsi gün yunan-Roma növündə 55, 63,72 82 və 97 kq-da qaliblər bəlli olacaq. Fevralın 1-də, son yarış günündə isə 60, 67, 77, 87 və 130 kq-da olan “klassiklər” xalçaya çıxacaqlar.
Emin Ağa
İdman.biz