Sadulayevə Avropa çempionatı üçün viza verilib

Xəbərlər
13 Fevral 2024 19:46
243
Sadulayevə Avropa çempionatı üçün viza verilib

İkiqat Olimpiya çempionu Abdulraşid Sadulayev güləş üzrə Avropa çempionatında çıxış edə biləcək.

İdman.biz xəbər verir ki, rusiyalı sərbəst güləşçi Rumıniyada keçirilən turnirə viza ala bilib.

Bu barədə yığmanın baş məşqçisi Hacımurad Qatsalov məlumat verib. Avropa çempionatında neytral statusda çıxış edən Rusiya yığmasının 30 güləşçisindən 19-na viza verilib. Sərbəst güləşçilər ayın 16-da mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, 97 kq çəki dərəcəsində yarışan Sadulayev qitə çempionatında 4 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, 5 qat dünya çempionudur.

İdman.biz

Məqalədə: