Stadnik 10-cu dəfə Avropa çempionu olub, Kolesnikdən ilk titul - YENİLƏNİB

Xəbərlər
15 Fevral 2024 21:32
1 259
Stadnik 10-cu dəfə Avropa çempionu olub, Kolesnikdən ilk titul - YENİLƏNİB

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsində ilk mükafatçılar bəlli olub.

İdman.biz xəbər verir ki, 50, 55, 59, 68 və 76 kq çəkilərdə həlledici qarşılaşmalar baş tutub.

Azərbaycan millisinin iki üzvü də xalça üzərinə çıxıb. Mariya Stadnik və Alyona Kolesnik final görüşlərini qələbə ilə başa vuraraq, Avropa çempionu tituluna yiyələniblər.

50 kq
9 qat Avropa çempionu Mariya Stadnik 10-cu titul üçün xalçaya çıxıb. O, həlledici görüşdə türkiyəli Evin Demirhanla qarşılaşıb və 10:0 hesabı ilə qələbə qazanıb. Stadnik bununla da 10-cu dəfə qitənin ən güclüsü adını qazanıb.

59 kq
Avropa çempionatlarının üçqat bürünc mükafatçısı Alyona Kolesnik ilk finalını uğurla başa vurub. O, ukraynalı Alina Filipoviçlə güləşib. Görüş 3:3 hesabı ilə başa çatsa da, Kolesnik son xalı qazandığına görə ilk tituluna yiyələnib.

Qeyd edək ki, millimiz Buxarestə 5 qadın güləşçi ilə yollanıb.

İdman.biz

Məqalədə: