Rafiq Hüseynov: "Hər şey normal idi, dözmək olardı"

Xəbərlər
15 Fevral 2024 20:08
248
Rafiq Hüseynov: "Hər şey normal idi, dözmək olardı"

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Rafiq Hüseynov (82 kq) Avropa çempionatında uğursuzluğuna şərh verib.

İdman.biz xəbər verir ki, 3 qat Avropa çempionu zədəsinin ona yüksək səviyyədə çıxış etməyə mane olduğunu deyib.

O, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında çempionat ərəfəsində zədə aldığını bildirib: "Bakıda keçirilən yoxlama görüşləri zamanı boynumdan zədələndim. Ancaq o zaman güclü ağrı yox idi. Hər şey normal idi, dözmək olardı. Buxarestdəki məşqdə həmin zədə ciddi ağrı verdi. Ondan sonra əllərimi hiss eləmirdim. Bakıda MRT-dən keçdikdən sonra əməliyyata ehtiyac olub-olmadığı bilinəcək".

Qeyd edək ki, Rafiq çempionatda keçirdiyi hər iki görüşdə məğlub olub.

İdman.biz

Məqalədə: