Mariya Stadniki kim və niyə dişləyib?

Müsahibə
16 Fevral 2024 16:56
889
Mariya Stadniki kim və niyə dişləyib?

Azərbaycan güləşçisi Mariya Stadniklə türkiyəli Evin Demirhan arasında yaşanan narazılığın təfərrüatı bəlli olub.

Bunu İdman.bizə açıqlamasında 10 qat Avropa çempionumuz açıqlayıb.

Stadnik Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında baş verənlərə aydınlıq gətirib. Mariya həlledici qarşılaşmadakı rəqibinin onu dişlədiyini bildirib: “Türkiyəli idmançı ilə finalda onu fəndlə atanda məni dişlədi. Bunun təsadüf olduğunu düşündüm. Amma fəndi bitirdikdən sonra gördüm ki, dişlərini mənim dərimdən bir parça qoparacaq kimi sıxıb. Çünki dişlərini buraxmırdı”.

Stadnik finaldan sonra onunla görüşməyən türkiyəlinin sonradan peşman olduğunu da açıqlayıb: “Ona dedim ki, belə olmaz, təsadüfən alınar, amma belə yox. Onun emosiyalarını başa düşürəm. Adam uduzanda, amma yenə də... Qabırğamda çapıq qalıb. Onunla söhbət etdik, yaxşı qızdır, başa düşdü və üzr istədi. Emosiyalarda olduğunu bildirdi”.

Qeyd edək ki, Mariya rəqibinə 10:0 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli

İdman.biz

Məqalədə: