Aprelin 5-7-də Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.
İdman.biz xəbər verir ki, yığmamız Paris-2024 Yay Olimpiya Oyunlarına 2 çəkidə lisenziyaya sahib olduğundan 4 pəhləvanımız xalçaya çıxacaq.
Baş məşqçi Aleksandr Tarakanov 60 kq-da son Avropa çempionu Nihat Məmmədliyə şans verəcək. 87 kq-da mübarizəyə İslam Abbasov qoşulacaq. Bu çəkidə güləşəcəyi gözlənilən Avropa və dünya çempionu Rafiq Hüseynov martın 26-da əməliyyat olunacağından turniri buraxacaq.
Digər çəkilərdə Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) Paris-2024-ə lisenziya qazandırmağa çalışacaq.
Qeyd edək ki, Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) Olimpiadaya vəsiqəni rəsmiləşdiriblər. Avropa Olimpiya Təsnifat Turnirinin proqramına əsasən yunan-Roma güləşi üzrə görüşlər 5 apreldə baş tutacaq.
İdman.biz