UWW: "Stadnik lisenziyaya doğru yelkənlə irəliləyəcək"

Xəbərlər
2 Aprel 2024 17:45
188
UWW: "Stadnik lisenziyaya doğru yelkənlə irəliləyəcək"

“Dördqat Olimpiya mükafatçısı Mariya Stadnik üçün lisenziya qazanmaq digərlərinə nisbətən daha asan olacaq”.

İdman.biz xəbər verir ki, bunu Dünya Güləş Birliyinin (UWW) saytı Azərbaycan millisinin lideri Mariya Stadnikin aprelin 5-7-də Bakıda keçiriləcək lisenziyalı turnirdəki şanslarını dəyərləndirərkən yazıb.

UWW qarşıdan gələn yarışda idmançının güclü tərəflərini açıqlayıb: “Stadnik 50 kq-a qədər çəki dərəcəsində birinci olacaq. Bundan əlavə, o, əvvəllər əksər rəqibləri üzərində qələbə qazanıb. Stadnikin 10-cu qitə titulunu qazandığı Buxarestdə keçirilən Avropa çempionatındakı qələbəsini nəzərə alsaq, o, lisenziyaya doğru tam yelkənlə irəliləyəcək”.

Qeyd edək ki, turnirin finalçıları Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqəyə sahib olacaqlar.

İdman.biz

Məqalədə: