Stadnik yarımfinalda, digərləri uduzub - VİDEO

Xəbərlər
6 Aprel 2024 16:06
313
Stadnik yarımfinalda, digərləri uduzub - VİDEO

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində qadınların mübarizəsinə start verilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışa Azərbaycan millisinin 5 güləşçisi qoşulub.

Millinin ən titullu güləşçisi Mariya Stadnik (50 kq) bu gün keçiriləcək yarımfinal görüşünə vəsiqə qazanıb. Digər güləşçilərimizdən Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kq) 1/4 finalda uduzaraq mübarizəni dayandırıb.

İdman.biz

Məqalədə: