Hacı Əliyev: “Bu, karyeramda ən vacib olan yarış idi”

Müsahibə
7 Aprel 2024 19:11
275
Hacı Əliyev: “Bu, karyeramda ən vacib olan yarış idi”

“Sevinirəm ki, ölkəmizdə bu sayda azarkeş qarşısında məğlub olmadım”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin sərbəst güləşçisi Hacı Əliyev (65 kq) deyib.

O, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasının sevincini bölüşüb: “Mən artıq üçüncü dəfədir ki, Olimpiya Oyunlarına lisenziya qazanıram. Uzun illərdir güləşdəyəm, amma bu, karyeramda ən vacib olan yarış idi. İlk Olimpiyada da birinci, daha sonra ikinci olmuşam. İnanıram ki, bu dəfə qələbə qazana bilərəm. Çox sevinirəm. Hər iki ayağımda da dizim yaralıdır. Bu səbəbdən uzun zamandır ki, məşq etmirdim. Güləşimi özüm də bəyənmədim. Əsas odur ki, qələbə qazandım. Zədə hər idmançı üçün problemdir. Amma sərbəst güləşdə ayaqlar önəmlidir”.

Qeyd edək ki, Əliyev yarımfinalda İslam Dudayevə (Albaniya) qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz