Hacı Əliyevin gözünə mikrob düşüb, üzü şişib

Xəbərlər
9 Aprel 2024 16:25
541
Hacı Əliyevin gözünə mikrob düşüb, üzü şişib

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kq) son durumuna aydınlıq gəlib.

Bu barədə İdman.bizə 3 qat dünya və 4 qat Avropa çempionunun özü məlumat verib.

O, hazırda özünü normal hiss etdiyini bildirib: “Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibim Həmzət Arsamerzoyevlə görüşəndə qaşım partladı. Həmin an həkimlər tikiş qoysalar da, mübarizəni sonadək davam etdirdim. Buna görə də gözümə mikrob düşüb. İnfeksiya nəticəsində də bütün üzüm şişib. Həkimlərin nəzarəti altında ev şəraitində müalicə alıram. Onlar bildirdilər ki, bu hal 3-4 gün ərzində keçəcək”.

Qeyd edək ki, Hacı Əliyev (65 kq) Avropa Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: