Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək daha 36 güləşçi bəlli olub.
İdman.biz xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Asiya Olimpiya Təsnifat Turnirindən sonra Paris-2024-ün ümumilikdə 232 iştirakçısı dəqiqləşib.
Artıq hər çəkidə 13 lisenziya sahibini tapıb. Son üç vəsiqə uğrunda mübarizə mayın 9-12-də Türkiyənin İstanbul şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat Turnirində gerçəkləşəcək.
İndiyə qədər sahibinə qovuşan 232 lisenziyadan 213-nü 55 ölkə güləşçiləri qazanıblar. Neytral statuslu 19 idmançı da Parisə bilet əldə edib.
Yaponiya və ABŞ 18 çəkidən 13-də vəsiqə qazanmaqla hamını qabaqlayır. Hesabında 8 lisenziya olan Azərbaycan yığması ilk “doqquzluq”dadır. Millimiz Əlcəzair və Qırğızıstanla 7-9-cu yerləri bölüşür.
1-2. Yaponiya – 13
ABŞ - 13
3. İran - 11
4-5. Kuba - 10
Misir - 10
6. Türkiyə - 9
7-9. Azərbaycan – 8
Əlcəzair – 8
Qırğızıstan - 8
10-11. Çin – 7
Özbəkistan - 7
12-13. Qazaxıstan – 6
Nigeriya – 6
14-16. Ermənistan – 5
Kanada – 5
Monqolustan - 5
17-26. Kolumbiya – 4
Ekvador - 4
Gürcüstan – 4
Hindistan – 4
KXDR – 4
Puerto Riko – 4
Serbiya – 4
Tunis – 4
Ukrayna
Venesuela - 4
27-29. Almaniya – 3
Macarıstan – 3
Moldova – 3
30-38. Avstraliya – 2
Bolqarıstan – 2
Çili – 2
Fransa – 2
Quam – 2
Qvineya-Bissau – 2
Meksika – 2
Polşa – 2
Cənubi Koreya – 2
40-55. Albaniya - 1
Bəhreyn - 1
Çexiya – 1
Dominikan Respublikası – 1
Finlandiya – 1
Yunanıstan – 1
Honduras – 1
Litva – 1
Mərakeş – 1
Yeni Zelandiya – 1
Norveç – 1
Rumıniya – 1
Samoa – 1
San-Marino – 1
CAR – 1
İsveç – 1
*Fərdi Neytral Atletlər - 19
İdman.biz