Sabah Şəriəti: “Olimpiadada medal qazansam, ona həsr edəcəm” - VİDEO

Xəbərlər
20 İyun 2024 14:31
472
Sabah Şəriəti: “Olimpiadada medal qazansam, ona həsr edəcəm” - VİDEO

Güləş üzrə Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.

İdman.biz xəbər verir ki, 4 illiyin ən möhtəşəm yarışı üçün növbəti toplanış Göygöldə təşkil olunub.

Olimpiadaya qısa müddət qalmış yunan-Roma güləşi üzrə yığmamızın üzvü Sabah Şəriəti hazırlığını dəyərləndirib. İkinci dəfə Oyunlara qatılacaq Rio-2016-nın bürünc medalçısı bildirib ki, Fransa paytaxtında əsas hədəfi fəxri kürsüyə yüksəlmək olacaq.

130 kq-da çıxış edəcək Şəriəti Paris-2024 öncəsi hazırlığını şərh edib, zədəsi ilə bağlı durumunu, qazanacağı medalı kimə həsr edəcəyini, həmçinin 35 yaşında əsas istəyini açıqlayıb.

İdman.biz