Avropa çempionatında 2 bürünc şansı

Xəbərlər
26 İyun 2024 19:28
77
Avropa çempionatında 2 bürünc şansı

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında qızların mübarizəsinə start verilib.

İdman.biz xəbər verir ki, 2 təmsilçimiz yarışın yarımfinalına vəsiqə qazanb.

49 kq çəkidə güləşən Esra Məmmədli türkiyəli Nil Aktaşla üz-üzə gəlib. Görüş rəqib idmançının 4:3 hesablı qələbəsi ilə bitib.

Fidan Babayeva (57 kq) isə Miranda Kapanadze ilə yarışıb. O, 0:8 hesabı ilə uduzaraq, finala yüksələ bilməyib.

Güləşçilərimiz sabah 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yığmamız Avropa çempionatında 1 gümüş, 3 bürünc qazanıb.

İdman.biz