Avropa çempionatı: 1 qızıl, 1 bürünc şansı

Xəbərlər
27 İyun 2024 19:43
82
Avropa çempionatı: 1 qızıl, 1 bürünc şansı

Serbiyada keçirilən U-17 Avropa çempionatında növbəti gün arxada qalıb.

İdman.biz xəbər verir ki, bu gün mübarizəyə qoşulan qadın güləşçilərimizdən ikisi medal qazanmaq şansı əldə edib.

53 kq çəki dərəcəsində yarışan Fatimə Bayramova moldovalı Aleksandrina Barbanuaya 4:0 hesabı ilə qalib gələrək finala yüksəlib.

Günay Qurbanova (61 kq) yarımfinalda uduzub. O, gərgin mübarizədə almaniyalı Leoni Steyqertə 6:7 hesabı ilə məğlub olub.

Hər iki idmançının iştirakı ilə həlledici görüşlər sabah keçiriləcək.

Qeyd edək ki, bu gün iki güləşçimiz bürünc uğrunda yarışacaq.

İdman.biz