Avropa çempionu olan millimiz Vətənə dönüb - FOTO - VİDEO

Xəbərlər
28 İyun 2024 02:59
673
Avropa çempionu olan millimiz Vətənə dönüb - FOTO - VİDEO

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında uğur qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə dönüb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında keçirilən qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların yaxınları və media təmsilçiləri iştirak edib.

Novi Sadda keçirilən yarışda 10 güləşçidən 9-u medal (3 qızıl, 2 gümüş, 4 bürünc) qazanan Azərbaycan yığması 183 xalla komanda hesabında Avropa çempionu olub.

Yunan-Roma güləşçilərimiz 3-cü dəfə (2021, 2022, 2024) Avropanın ən güclü komandası tituluna yiyələniblər.

Qeyd edək ki, millimiz medalların sayına və toplanan xallara görə də çempionatın rekorduna imza atıb.

Banuçiçək Hüseynli
İdman.biz