Finalda erməniyə qalib gələn Turan Daşdəmirov: "Qürurverici bir hissdir” - VİDEO

Xəbərlər
28 İyun 2024 03:28
130
Finalda erməniyə qalib gələn Turan Daşdəmirov: "Qürurverici bir hissdir” - VİDEO

“Finala qədər görüşlərim çətin oldu”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Turan Daşdəmirov (51 kq) deyib.

Serbiyada təşkil olunan U-17 Avropa çempionatının qızıl medalçısı çıxışını şərh edib. O bildirib ki, rəqibləri heç də zəif olmayıb: “Hər bir görüşüm gərgin mübarizə şəraitində keçdi. Sevinirəm ki, rəqiblərimi bir-bir məğlub edib, finala yüksələ bildim. Əziyyətimiz yerdə qalmadı. Bu çempionat üçün çox çalışmışdıq. Finalda isə erməni rəqibimə 8:0 hesabı ilə qalib gələrək, çempion oldum. Bunun özü mənim üçün qürurverici bir hissdir”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 3 qızıl, 2 gümüş, 4 bürünc olmaqla 9 medal qazanıb. Bununla da millimiz 183 xalla komanda hesabında Avropa çempionu olub.

Banuçiçək Hüseynli
İdman.biz