“Uşaqlar əla formadadırlar və yaxşı əhval-ruhiyyələri var”.
İdman.biz xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov deyib.
O, yığmanın Göygöldəki təlim-məşq toplanışını dəyərləndirib. Qazyumov federasiyanın mətbuat xidmətinə bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunları öncəsi lisenziyaçılar əsl döyüş ruhundadırlar: “Bundan əlavə, daha iki təlim-məşq toplanışımız olacaq. Burada biz funksional, fiziki və taktiki-texniki məşqlərə üstünlük verəcəyik. Artıq 3-cü təlim-məşq toplanısının sonunda xüsusi hazırlıq olacaq. Olimpiadadan əvvəl taktiki-texniki hazırlıq və nəzarət məşqi edəcəyik”.
İdman.biz