İki güləşçimiz Avropa çempionatının finalında

Xəbərlər
29 İyun 2024 19:28
71
İki güləşçimiz Avropa çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 2 sərbəst güləşçimiz yarımfinala vəsiqə qazanıb.

Muhamməd İsmayılov (51 kq) finalda mübarizə aparacaq. O, gürcüstanlı Mate Tsinadzeyə qalib gələrək, bu hüququ əldə edib.

60 kq-da Hüseyn İsmayılov yarımfinalda türkiyəli güləşçi Bilal İncedən güclü olub. Təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

İdman.biz