“Asiya Uşaqları” Oyunlarında 3 medal

Xəbərlər
30 İyun 2024 20:09
72
“Asiya Uşaqları” Oyunlarında 3 medal

Rusiyanın Yakutsk şəhərində “Asiya Uşaqları” Oyunları davam edir.

İdman.biz xəbər verir ki, bu gün U-15 yaş qrupu üzrə sərbəst güləş yarışı keçirilib.

Azərbaycan 3 medal qazanıb. Təmsilçilərimizdən Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürüncə yiyələnib.

Qeyd edək ki, “Asiya Uşaqları” Oyunları güləş yarışları iyulun 2-dək davam edəcək.

İdman.biz