Avropa çempionatında 26 güləşçimiz yarışacaq

Xəbərlər
30 İyun 2024 20:54
67
Avropa çempionatında 26 güləşçimiz yarışacaq

Sabah Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yarışda 26 idmançı ilə təmsil olunacaq.

Qitə birinciliyinin ilk günlərində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz çıxış edəcəklər.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 6 güləşçi uğur qazanmağa çalışacaq.

Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq.

Yunan-Roma güləşi yığması
55 kq Rahim Həsənov
60 kq Tural Əhmədov
63 kq Məhəmməd Şükürzadə
67 kq Fəraim Mustafayev
72 kq Ruslan Nurullayev
77 kq Davud Məmmədov
82 kq İsmayıl Rzayev
87 kq Əli Quliyev
97 kq Mahir Qurbanlı
130 kq Məzaim Mərdanov

Qadın güləşi yığması
50 kq Elvina Kərimzadə
53 kq Əsmər Cankurtaran
55 kq Nərgiz Səmədova
57 kq Gülər Həbibova
59 kq Ruzanna Məmmədova
68 kq Fatimə İsayeva

Sərbəst güləş yığması
57 kq Vasif Bağırov
61 kq Camal Abbasov
65 kq Musa Verdiyev
70 kq Ramik Heybətov
74 kq Əhməd Əhmədli
79 kq Nurudin Maqomedqadjiyev
86 kq Sadiq Mustafazadə
92 kq Anar Cəfərli
97 kq Xetaq Karsanov
125 kq Yusif Dursunov

Qeyd edək ki, U-20 Avropa çempionatında I kateqoriyalı hakimləri Natiq Hacıyevlə Vüqar Şükürov ədaləti qoruyacaq.

İdman.biz