Ənənəvi turnirdə 5 medal - FOTO

Xəbərlər
1 İyul 2024 10:41
85
Ənənəvi turnirdə 5 medal - FOTO

Dağıstanın Kaspiysk şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirə turniri keçirilib.

İdman.biz xəbər verir ki, 54-cü dəfə təşkil olunan yarışda Rusiya, Azərbaycan, Bəhreyn, Belarus, Macarıstan, Dominikan Respublikası, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər iştirak edib.

Ənənəvi turnirdə böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında millimizin bir neçə üzvü mübarizə aparıb. Güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıb.

Əli Rəhimzadə (65 kq) və Aslan Abakarov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kq) və Şamil Zubairov (92 kq) isə üçüncü yeri tutub.

İdman.biz

Məqalədə: