“Asiya uşaqları”nda daha 2 medal

Xəbərlər
1 İyul 2024 20:11
664
“Asiya uşaqları”nda daha 2 medal

Azərbaycan Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında daha 2 medal qazanıb.

İdman.biz xəbər verir ki, yunan-Roma güləşçilərimiz uğurlu çıxış ediblər.

44 kq çəki dərəcəsində yarışan Qurban Məcnunov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Yusif Mirzəyev (38 kq) isə fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Güləşçilərimiz ümumilikdə bu oyunlarda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

İdman.biz