Avropa çempionatında 2 bürünc şansı

Xəbərlər
1 İyul 2024 20:32
77
Avropa çempionatında 2 bürünc şansı

Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, yarışın ilk gündünə yunan-Roma güləşçiləri mübarizə start veriblər.

55 kq çəki dərəcəsində mübarizə aparan Rahim Həsənov yarımfinalda uduzub. O, Papik Cavadyana (AİN) məğlub olub (1:11).

Məhəmməd Şükürzadə (63 kq) də yarımfinalda uğursuzluğa düçar olub. Güləşçimiz gürcü Anri Xozrevanidzeyə 1:3 hesabı ilə uduzaraq, finaldan kənarda qalıb.

Qeyd edək ki, həlledici görüşlər sabah keçiriləcək.

İdman.biz