Muhamməd İsmayılov: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacam" - VİDEO

Xəbərlər
1 İyul 2024 22:46
95
Muhamməd İsmayılov:  "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacam" - VİDEO

"Əziyyətlərim öz bəhrəsini verdi".

Bunu İdman.bizə Azərbaycanın sərbəst güləşi üzrə U-17 millisinin üzvü Muhamməd İsmayılov (51 kq) deyib.

Serbiyada təşkil olunan U-17 Avropa çempionatının qızıl medalçısı çıxışını şərh edib. O bildirib ki, çempionluğu asanlıqla qazanıb:"Hazırlıqlarımız yüksək səviyyədə idi. Yarışa Xaçmazda hazırlaşdıq. Burda valideynlərimə, əsas da atama təşəkkürümü bildirirəm. Şəxsi məşqçim Allahverdi Vəliyevə və üzərimdə əziyyəti olan bütün məşqçilərimə minnətdaram. Görüşlərimdə rahat qələbələr qazandım. Yarımfinalda bir az çətinlik çəkdim. Avqustda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmağa çalışacam".

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.

Emin Ağa
İdman.biz