İsa Yusibov: "Fənd edərkən dedim ki..." - VİDEO

Xəbərlər
1 İyul 2024 23:06
107
İsa Yusibov: "Fənd edərkən dedim ki..." - VİDEO

“Keçən il ikinci olmuşdum. Şükürlər olsun ki, bu dəfə çempion oldum”.

Bunu İdman.bizə Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin üzvü İsa Yusibov (65 kq) deyib.

Serbiyada təşkil olunan U-17 Avropa çempionatının qızıl medalçısı çıxışını şərh edib: “Bu çempionluğa görə şəxsi məşqçim Arzu Rəhimova çox təşəkkürümü bildirirəm. Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Dünya çempionatına da eyni şəkildə hazırlaşacağıq. Final görüşündə geridə idim. Fənd edərkən dedim ki, alınar alınar, alınmaz alınmaz. Şükürlər olsun ki, bəhrəsini gördüm. Dünya çempionatında da çempion olmağ üçün güləşəcəm ”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.

Emin Ağa
İdman.biz