Eldəniz Əzizlinin əsas rəqiblərindən biri 27 yaşında dünyasını dəyişib

Xəbərlər
4 İyul 2024 09:05
792
Eldəniz Əzizlinin əsas rəqiblərindən biri 27 yaşında dünyasını dəyişib

Yunan-Roma güləşi üzrə dünya çempionu olan Nuqzari Tsurtsumia (55 kq) vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə Gürcüstan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı pəhləvanın ölüm səbəbi məlum deyil. Gürcüstanın “Ajara TV” xəbər agentliyi isə Tsurtsumianın Xobi şəhərindəki evində ölü tapıldığını yazıb.

Qeyd edək ki, Tsurtsumianın sonuncu dəfə iyunda Macarıstanın paytaxtı Budapeştdə reytinq yarışı olub. Millimizin üzvü Eldəniz Əzizlinin çempion olduğu turnirdə mərhum güləşçi üçüncü yeri tutub. Nuqzari bütün turnirlərdə təmsilçimizin əsas rəqiblərindən sayılıb.

İdman.biz