Eldəniz Əzizli: “Tsurtsumiya qızımın ən çox istədiyi güləşçi idi”

Xəbərlər
4 İyul 2024 11:29
2 206
Eldəniz Əzizli: “Tsurtsumiya qızımın ən çox istədiyi güləşçi idi”

“Rəqib olmağımıza baxmayaraq münasibətimiz daim yaxşı olub”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) deyib.

Pəhləvanımız əsas rəqiblərindən olan Gürcüstan güləşçisi Nuqzari Tsurtsumiyanın ölümünə çox üzüldüyünü bildirib. Onun sözlərinə görə, dünya çempionu ilə xalçadan kənarda dost olublar: “Tsurtsumiya ilə uzun illər idi rəqib olsaq da, kənarda dost idik. Son dəfə 20 gün bundan qabaq görüşmüşdük. Danışdıq, zarafatlaşdıq... Bu il Nuqzari üçün bir qədər çətin oldu. Anası xərçəngdən, atası infarktdan dünyasını dəyişdi. Ən pisi də odur ki, 7 yaşında balaca qardaşı tək qaldı”.

Eldəniz qızının Nuqzariyə olan sevgisini də xüsusi vurğulayıb: “Tsurtsumiya qızımın ən çox istədiyi güləşçi idi”.

Qeyd edək ki, Tsurtsumiya ötən gecə Xobi şəhərindəki evində ölü tapılıb. Ölümün səbəbi isə hələlik açıqlanmayıb.

Emin Ağa
İdman.biz