İki güləşçimiz Avropa çempionatının finalında

Xəbərlər
5 İyul 2024 19:42
238
İki güləşçimiz Avropa çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

İdman.biz xəbər verir ki, 2 güləşçimiz yarımfinalda mübarizə aparıb.

Vasif Bağırov (57 kq) yarımfinalda belaruslu Herbert Akapyanla (AIN) güləşib. Təmsilçimiz 10:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.

Xetaq Karsanov (97 kq) fina yolunda gürcüstanlı Ramini Qulitaşvili ilə qarşılaşıb. Tam üstlüklə qalib gələn güləşçimiz qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, final görüşləri sabah baş tutacaq.

İdman.biz