Hacı Əliyev UWW-in posterində

Xəbərlər
5 İyul 2024 21:18
725
Hacı Əliyev UWW-in posterində

Azərbaycan güləşçisi Hacı Əliyev Dünya Güləş Birliyinin (UWW) posterində yer alıb.

İdman.biz xəbər verir ki, qurum Paris-2024 Yay Olimpiya Oyunları üçün gerisayıma start verib.

3 qat dünya və 4 qat Avropa çempionu olan Əliyevin uğurları UWW tərəfindən qiymətləndirilib. Hacı 3-cü dəfə Olimpiadada iştirak edəcək. O, Rio-2016-da bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.

Qeyd edək ki, Oyunların güləş yarışları avqustun 5-dən 11-dək davam edəcək.

İdman.biz