Rusiya güləşçiləri Paris-2024-dən imtina edib

Xəbərlər
6 İyul 2024 15:29
578
Rusiya güləşçiləri Paris-2024-dən imtina edib

Rusiyanın güləş yığmaları Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

İdman.biz xəbər verir ki, bu barədə qərarı Rusiya İdman Güləşi Federasiyası verib.

Qurumun İcraiyyə Komitəsi məşqçilər və idmançılarla görüşdən sonra Fransa paytaxtına getməməyi məqsədəuyğun sayıb. Belə qərar verilməsinə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) addımları səbəb olub.

BOK öncə əksər güləşçiləri, hətta bəzi çəkilərin lideri olan rusiyalıları təsnifat turnirlərinə buraxmayıb. Buna baxmayaraq, neytral statusda çıxış edən güləşçilər 18 çəkidən 16-da lisenziya qazanıb. Lakin BOK həmin 16 lisenziya sahibindən yalnız 10-na Parisdə iştirak etmək icazəsi verib. Bu qərarla razılaşmayan rusiyalılar Paris-2024-ü boykot etməyi düzgün sayıb.

Qeyd edək ki, Olimpiadanın güləş yarışları avqustun 5-11-də keçiriləcək.

İdman.biz