Yığmamız son gündə 4 medal qazanıb

Xəbərlər
7 İyul 2024 21:46
459
Yığmamız son gündə 4 medal qazanıb

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə 3 sərbəst güləşçimiz finalda çıxış edib.

Camal Abbasov (61 kq) həlledici görüşdə Andrey Midlovetslə (AİN) qarşılaşıb. Rəqib idmançı 6:1 hesabı ilə qalib gəlib.

Sadiq Mustafazadə (86 kq) finalda İbraqim Kadiyevlə (AİN) qüvvəsini sınayıb və qızıl medal şansını qaçırıb. O, 1:9 hesabı ilə uduzaraq, gümüşə sahib olub.

92 kq-da yarışan Anar Cəfərli də yarışı ikinci pillədə başa vurub. O, Mustafaqadji Malaxdibirovla (AİN) görüşdə 2:12 hesabı ilə uduzub.

Yusif Dursunov (125 kq) isə bürünc uğrunda ukraynalı İvan Miroşniçenko ilə qarşılaşıb. Güləşçimiz 3:2 hesabı ilə qalib gələrək bürüncə yiyələnib.

Bununla da, sərbəst güləş yığmamız Avropa çempionatını 1 qızıl, 4 gümüş və 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, millimiz daha öncə 1 qızıl və 1 gümüş mükafat qazanıb.

İdman.biz