Paris-2024: Mariya Stadnikin rəqibləri və mübarizəyə qoşulacağı GÜN

Xəbərlər
10 İyul 2024 14:54
1 708
Paris-2024: Mariya Stadnikin rəqibləri və mübarizəyə qoşulacağı GÜN

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək qadın güləşçilərin siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, 96 pəhləvan 6 çəkidə qələbə uğrunda mübarizə aparacaq.

Azərbaycanı bu növdə 50 kq-da 4 qat Olimpiya mükafatçısı Mariya Stadnik təmsil edəcək. Qadın güləşi üzrə yarışlar avqustun 5-dən 11-ə kimi keçiriləcək. Yığmamızın lideri xalçaya ayın 6-da çıxacaq. Onun çəkisində mükafatçılar isə ertəsi gün bəlli olacaq.

Qadın güləşi
50 kq

Mariya Stadnik (Azərbaycan)
İbtissem Dudu (Əlcəzair)
Ziki Feng (Çin)
Alisson Kardozo Rey (Kolumbiya)
Yusneylis Qusman Lopes (Kuba)
Nada Mohamed (Misir)
Anastasiya Blayvas (Almaniya)
Vineş (Hindistan)
Yui Susaki (Yaponiya)
Qabidja Dilayt (Litva)
Otqonjarqal Dolqopdjan (Monqolustan)
Son Xyan Kim (Şimali Koreya)
Evin Demirhan (Türkiyə)
Oksana Livax (Ukrayna)
Sara Hildebrand (ABŞ)
Aktenqe Keunimdjaeva (Özbəkistan)

İdman.biz

Məqalədə: