Güləş üzrə Avropa çempionatları mövsümü başa çatıb.
İdman.biz xəbər verir ki, fevralın 12-də başlayan qitə birincilikləri seriyasına iyulun 7-də yekun vurulub.
Müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycan milli komandaları 4 Avropa çempionatında ümumilikdə 8️0 medal əldə edib. Güləşçilərimiz ölkəmizə 19 qızıl, 24 gümüş və 37 bürünc medal qazandırıb.
Bu il komandalarımız 7 dəfə Avropa çempionu olub
U-23 Avropa çempionatı (yunan-Roma güləşi)
U-23 Avropa çempionatı (sərbəst güləş)
U-20 Avropa çempionatı (sərbəst güləş)
U-17 Avropa çempionatı (yunan-Roma güləşi)
U-17 Avropa çempionatı (sərbəst güləş)
U-15 Avropa çempionatı (sərbəst güləş)
U-15 Avropa çempionatı (yunan-Roma güləşi)
4 komandamız isə ilk “3-lük”də digər yerləri tutub
Avropa çempionatı (yunan-Roma güləşi)
Avropa çempionatı (sərbəst güləş)
U-23 Avropa çempionatı (qadın güləşi)
U-20 Avropa çempionatı (yunan-Roma güləşi)
İdman.biz