Azərbaycanın yunan-Roma güləşi üzrə millisi Rusiyanın Vladiqafqaz şəhərində təlim-məşq toplanışında iştirak edir.
İdman.biz xəbər verir ki, ölkəmizi Paris-2024-də təmsil edəcək güləşçilərimiz hazırlıqlarını burada keçirlər.
Toplanışla bağlı Rafiq Hüseynov (87 kq) maraqlı paylaşım edib. O sosial şəbəkədə yazdığı statusunda Olimpiya Oyunlarının onun karyerasında son yarışının olacağına işarə edib: “Allah əziyyətmizi yerdə qoymasın. Sizinlə bir sırada son təlim-məşq toplanışımı keçirdiyim üçün fəxr edirəm. Dünyanın nömrə 1 komandası".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi 5 yunan-Roma güləşçisi təmsil edəcək.
İdman.biz