Mariya Stadnik: "Yeni tarix yazacağıma ümid edirəm"

Xəbərlər
22 İyul 2024 20:34
1 440
Mariya Stadnik: "Yeni tarix yazacağıma ümid edirəm"

"Mənim üçün Olimpiadaya gedən yol çox çətin və uzun oldu".

İdman.biz xəbər verir ki, bunu qadın güləşi üzrə Azərbaycan yığmasının lideri Mariya Stadnik Dünya Güləş Birliyinə (UWW) müsahibəsində deyib.

Paris-2024 Yay Olimpiya Oyunları təcrübəli idmançının 5-ci olimpiadası olacaq. O, Fransa paytaxtında tarix yaza biləcəyini ümid etdiyini bildirib: "Mən İstanbulda keçirilən sonra Avropa Təsnifat Turnirində lisenziya qazandım. Buna baxmayaraq, Olimpiya Oyunlarında iştirak edəcəyimə inanırdım. Ümid edirəm ki, Parisdə yeni tarix yazmağa davam edəcəyəm".

Qeyd edək ki, Mariya London-2012 və Rio-2016 Olimpiadalarında gümüş, Pekin-2008 və Tokio-2020 Oyunlarında isə bürünc medal qazanıb.

İdman.biz