Dünya çempionatı: Esra Məmmədli 5-ci olub

Xəbərlər
22 Avqust 2024 19:32
1 086
Dünya çempionatı: Esra Məmmədli 5-ci olub

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın dördüncü günündə qızlardan ibarət Azərbaycan millisinin 1 idmançısı medal görüşünə çıxıb.

U-17 dünya çempionatı
Qadın güləşi
49 kq

Yarımfinalda məğlub olan Esra Məmmədli 3-cü yer uğrunda güləşib. Onun rəqibi Polina Boçkaryova (AIN) olub. Güləşçimiz 0:9 hesabı ilə uduzaraq, çempionatı 5-ci yerdə bitirib.

Qeyd edək ki, bu gün daha 4 qız güləşçimiz dünya çempionatında mübarizəyə qoşulub və onlardan ikisi sabah bürünc medal uğrunda gücünü yoxlayacaq.

İdman.biz