Dünya çempionumuz: “Himnimiz səslənəndə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir”

Xəbərlər
23 Avqust 2024 10:51
1 232
Dünya çempionumuz: “Himnimiz səslənəndə keçirdiyim hissləri sözlə ifadə etmək çətindir”

“Ölkəmə dünya çempionu kimi fəxrlə qayıdıram”.

Bunu İdman.bizə yunan-Roma güləşçisi Ayxan Cavadov (60kq) deyib.

Ammanda keçirilən U-17 dünya çempionatında qızıl medal qazanan idmançı qələbəsini şərh edib. O bildirib ki, İordaniyaya yollanarkən çempion olacağına inanırmış: “Bu titulu əldə etmək üçün aylardır məşqçilərimlə birlikdə əzmlə çalışırıq. Əziyyətimiz yerdə qalmadı, bəhrəsini gördük. Bütün görüşlərim həyəcanlı və çətin alındı. Çünki rəqiblərim də dünya çempionatına hazırlıqlı gəlmişdilər”.

O, final görüşünün daha çətin keçdiyini, lakin istəyinə çatdığı üçün sevincli olduğunu deyib: “Bayrağımızı ən yüksəklərdə dalğalandırıb, himnimizi səsləndirdim. Həmin andakı hissləri sözlə ifadə etmək çətindir”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma millisi dünya çempionatında komanda hesabında üçüncü olub.

Banuçiçək Hüseynli
İdman.biz