Dünya çempionatı: Nəzrin, Günay və Zəhra fəxri kürsüdə

Xəbərlər
23 Avqust 2024 20:39
3 393
Dünya çempionatı: Nəzrin, Günay və Zəhra fəxri kürsüdə

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialın beşinci günündə qızların mübarizəsi başa çatıb.

Medallar uğrunda Azərbaycan millisinin 3 idmançısı xalçaya çıxıb. Onların hər üçü 3-cü yer uğrunda yarışıb.

U-17 dünya çempionatı
Qadın güləşi
40 kq

Yarımfinalda məğlub olan Nəzrin Əhmədli bürünc medal uğrunda güləşib. Onun rəqibi macarıstanlı Szentpal Vivien olub. 11:6 hesabı ilə qalib gələn Nəzrin çempionatı 3-cü pillədə başa vurub.

6️1️ kq
Günay Qurbanova da 3-cü yer uğrunda yarışıb. Finala yüksələ bilməyən milli üzvü bürünc görüşündə Rajnita Rajnitanı (Hindistan) sınağa çəkib. 6:2 hesabı ilə qələbə qazanan Qurbanova bürüncə yiyələnib.

6️9️ kq
Zəhra Kərimzadə də medal uğrunda mübarizəni davam etdirəcək. Güləşçimiz 3-cü yer uğrunda türkiyəli Cin İlayda ilə münasibətinə aydınlıq gətirib. Təmsilçimiz 6:4 hesabı ilə qələbə qazanaraq bürüncə sahib çıxıb

Qeyd edək ki, millimiz mundiala 6 qız güləşçi ilə yollanıb və onlardan 3-ü yarışla medalsız vidalaşıblar.

İdman.biz